» » YAP Gəncləri konfrans keçirib.

YAP Gəncləri konfrans keçirib.

Bölmə: Siyasət
YAP Gəncləri konfrans keçirib.
"Xalqinfo"- ya daxil olan məlumata əsasən,bu gün Sabirabad rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda konfrans keçirib.
Konfransda YAP Gənclər Birliyinin Sədri Seymur Orucov, YAP Gənclər Birliyinin Sədr müavini, Siyasi Şurasının üzvü Ramil Məmmədov, YAP İcra Katibliyinin əməkdaşı Ramil Mirzəyev, YAP Siyasi Şurasının üzvü, Sabirabad rayon İcra Hakimiyətinin Başçısı Nazim İsmayılov iştirak ediblər. Konfransda Salyan, Neftçala,Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarının gəncləridə iştirak edib. Konfrans iştirakçıları ilk öncə Sabirabad şəhərinin mərkəzində yerləşən Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra konfrans Sabirabad rayonu Heydər Əliyev mərkəzində öz işinə başlayıb. Konfransı giriş nitqi ilə YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev açıb.
Sonra Haciqabul rayonundan Saleh Əskəırov, Şirvan şəhərindən Nəimi Nəmidə, Saatlıdan Elşən Əzizov, Beyləqandan Müşviq Məhərrəmov, Füzuli rayonundan Tural Nəbiyev çıxış edərək Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğıdan, və bu gündə Heydər Əliyevin idaeyalarının gənclər tərəfindən həyata keçirilməsindən, daim Heydər Əliyev duhasının gənclərin qəlbində yaşayacaqından söz açmışlar.
Sonra YAP Gənclər Birliyinin Sədri Seymur Orucov, YAP Gənclər Birliyinin Sədr müavini, Siyasi Şurasının üzvü Ramil Məmmədov, YAP Siyasi Şurasının üzvü, Sabirabad rayon İcra Hakimiyətinin Başçısı Nazim İsmayılov çıxış edərək, gənclərin qarşısında duran vəzifələrdən, və gənclərin Yeni Azərbaycan Partiyasındakı fəal fəaliyyətlərini qiymətləndirərək duzgün seçim eddiklərini qeyd etmişlər. Sonda YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev konfransı yekun nitqi ilə sona çatdırmışdır.
YAP Gəncləri konfrans keçirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler