Bələdiyyə seçkilərinə üzv olan qadınlarla görüş keçirilibBölmə: Siyasət
![]() Xalqinfo.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, tədbirdə bələdiyyə üzvlüyünə qadın namizədlər , təbliğat qrupunun üzvləri, müşahidəçilər və partiya fəalları iştirak ediblər. Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə tədbir iştirakçılarını salamlayıb, seçki kampaniyasında bələdiyyə üzvlüyünə qadın namizədlərə uğurlar arzulayıb. Qeyd edib ki, qadınların bələdiyyələrdə təmsil olunması günün tələbidir. Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Bu baxımdan, qadınların yerli özünüidarəetmə orqanlarında iştirakı qadın ədalətinin, şəfqətinin,diqqətinin bu quruma gətirilməsi deməkdir. Ötən bələdiyyə seçkilərindən qadınların fəallığı 10 dəfədən çox artıb. Sonda bələdiyyə üzvlüyünə namizədlərə vəsiqələr , bukletlər təqdim edilib. |
|