» » Məzahir Pənahov :

Məzahir Pənahov : “25 nəfər namizədliyini irəli sürüb”

Bölmə: Siyasət, BLOK XƏBƏR
Məzahir Pənahov :  Xalqinfo.az bildirir ki , bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK sədri Məzahir Pənahov iclasda çıxış edərək bildirib ki, bu günə kimi 19 dairə üzrə 25 nəfər namizədliyini irəli sürüb: “Kifayət qədər partiyalar və bloklar bu ilki seçkidə iştirak edəcəklər: “ Bundan əlavə müstəqil namizədlər də namizədliklərini irəli sürürlər. Siyasi partiyalar daha diqqətli olmalı və təşviqat kampaniyasına vaxtından əvvəl başlamamalıdır. Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanır, 31 oktyabr saat 8.00-da dayandırılır”.

MSK sədri vurğulayıb ki, Təqvim Planında göstrərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparılmamalıdır, çünki bu qanun pozuntusu hesab edilir. Bu baxımdan M.Pənahov siyasi partiyaları bu həssas məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb.

Kainat Şirin


Mənbə
Gunpress.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler