» » Bələdiyyə seçkilərində 8 partiya iştirak edəcək

Bələdiyyə seçkilərində 8 partiya iştirak edəcək

Bölmə: Sosial
Bələdiyyə seçkilərində 8 partiya iştirak edəcək"Sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 37 077-yə qədər namizəd qeydə alınıb". trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 8 siyasi partiya rəsmi olaraq namizədlərini irəli sürüb. Bu partiyalara Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik İslahatlar Partiyası, Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası daxildir.

M.Pənahov qeyd edib ki, səsvermə 5015 mətnəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Onun sözlərinə görə, dünəndən etibarən, yəni seçkiqabağı təşviqat kampaniyası qurtardığına görə namizədlərin təbliğat xarakterli materialları, şəhərin müxtəlif yerlərində asılan plakatlar artıq yığışdırılıb.

M.Pənahov bildirib ki, MSK çoxlu sayda maarifləndirici tədbirlər həyata keçirib. 8 ölkə miqyaslı müşavirələr, seminar və təlimlər keçirilib.
MSK sədri deyib ki, yerlərdə çox ciddi şəkildə tədbirlər həyata keçirilir və hesab edir ki, bu il də polislə bağlı problemlər olmayacaq.

M.Pənahov qeyd edib ki, 2000-ci ildən bəri Azərbaycan polisinin seçkilər zamanı davranışı ilə bağlı beynəlxalq təşkilatların hesabatlarında iradlara rast gəlinməyib: "Bu da onun nəticəsidir ki, Daxili İşlər Nazirliyi və MSK əməkdaşlıq edib və polislər üçün lazımi təlimlər keçirilib. Bu il də kifayət qədər işlər görülüb, Mərkəzi Seçki Komissiyası da öz tövsiyələrini verib. Hesab edirəm ki, bu il polislə bağlı heç bir problem olmayacaq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler