5 Xəzəryanı ölkənin dövlət başçılarının görüşü baş tutacaq - FotoBölmə: MANŞET
5 Xəzəryani ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın dövlət başçıları bu gün Rusiyanın Həştərxan vilayətində bir araya gələcək. Rusiya prezidentinin müşaviri Yuri Uşakovun bildirdiyinə görə, Həştərxan sammitində Xəzər dənizinin birgə idarə olunması və su hövzəsinin müasir hüquqi rejiminin formalaşdırılması məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Xəzəryani ölkələrin sammitinin yekununda bir sıra sənədlərin, o cümlədən Xəzərin hüquqi statusu haqqında gələcək Konvensiyanın əsası olacaq siyasi bəyannamənin imzalanması olacaq. Sənəddə suveren dövlət zonasını və balıq ovu zonasını müəyyənləşdirən, eləcə də Xəzər dənizində region ölkələri olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunu qeyri-mümkün edən maddələr yer alacaq. Həmin bəyannamə Konvensiya olaraq 2015-ci ildə Qazaxıstanda keçiriləcək sammitdə qəbul ediləcək. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|