» » İrəvanda Bakıya cavab görüşü

İrəvanda Bakıya cavab görüşü

Bölmə: BLOK XƏBƏR
İrəvanda Bakıya cavab görüşü

“Rusiya və Gürcüstan baş nazirlərinin İrəvana planlaşdırılan səfərləri bu il Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünə cavab kimi qiymətləndirmək olar”.

Bunu ANS PRESS-ə politoloq Qabil Hüseynli deyib.

Rusiyanın Gəncədə keçirilən üçtərəfli görüşlərdən narahat olduğunu deyən politoloqun sözlərinə görə, İrəvanda keçiriləcək görüşlərdə bir sıra regional məsələlər müzakirə ediləcək. Qabil Hüseynli bildirib ki, Ermənistanda keçiriləcək görüşlər Rusiyanın “Cənub axını” layihəsinə dəstək vermək məqsədi daşıyır.

“İran istəyir ki, Ermənistan ərazisindən qaz boru kəməri keçirib onu “Cənub axını” layihəsinə birləşdirsin. Bu isə effekt verməyəcək. Çünki Avropa ölkələri Rusiya və İran qazından imtina edir. Bundan başqa hesab edək ki, Gürcüstan da Rusiyanın yeni layihəsinə qoşulmaq barədə razılıq verdi. Qazın Avropaya nəql olunması üçün boru kəməri Türkiyə ərazisindən də keçməli olacaq. Türkiyə isə buna razılıq verməyəcək. Çünki özünün TAP, TANAP layihələri var. Ona görə də İrəvan görüşünü mənasız sayıram. Sadəcə olaraq Rusiya Avropada enerji sahəsində hegemonluğunu saxlamaq üçün yeni layihələr həyata keçirmək istəyir”, deyə politoloq bildirib.

Qeyd edək ki, Rusiya və Gürcüstan baş nazirləri Ermənistaanaa səfər edəcək. Ermənistan baş naziri isə bu ay İrana səfər edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler