» » Türkiyə sərhədində güclü partlayış: 40 ölü,60 yarali

Türkiyə sərhədində güclü partlayış: 40 ölü,60 yarali

Bölmə: MANŞET
Türkiyə sərhədində güclü partlayış: 40 ölü,60 yarali

Suriya-Türkiyə sərhədində çox sayda ölümə yol açan güclü partlayış baş verib.

Ans press-in məlumatına görə, Suriyanın Türkiyə sərhədindəki İdlip şəhərində yerləşən Atmə qəsəbəsi bazarında meydana gələn partlayışda 40 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilir.

Atmə qəsəbəsi bazarında meydana gələn dəhşətli hadisə, bomba yüklü avtomobilin partlaması nəticəsində baş verib. Ölənlər arasında qadın və uşaqların da olduğu vurğulanır. Ətrafdakı bir çox sayda avtomobilə və iaşə obyektlərinə də zərər dəyib. 60-dan çox isə xəsarət alan var ki, onları da yaxınlıqdakı xəstəxanalara çatdırıblar.

Qeyd edək ki, yaralılardan bəziləri Suriya-Türkiyə sərhədindəki Cilvəgözü sərhəd-keçid məntəqəsindən keçirilərək Hataydakı müxtəlif xəstəxanalara aparılıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler