Bakıda dəhşətli avtobus qəzası – Çoxlu yaralı varBölmə: Xəbər, BLOK XƏBƏR
Bu gün saat 08:25-də Bakıda daha bir sərnişin avtobusu ağır yol qəzasına uğrayıb. “Xalqinfo” xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilnə məlumata görə, “Koroğlu” metro stansiyasının yaxınlığında hərəkət edən 160 saylı sərnişin avtobusu qarşıda hərəkət edən “Nissan” markalı avtomobilə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım və xilasedicilər cəlb olunub. Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 10-u yaralanıb. Yaralılardan 6 nəfərin xəsarəti ağır olduğu üçün onları xəstəxanaya aparıblar. Xəstəxanaya Mehmet Yusif, Mustafa Ramazanov, Engin Şenor, Vüqar Məhərrəmov, Firuz Bayramov, Mirzə Rzayevin vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|