Ölü sayı 151 nəfərə çatdı (YENİLƏNİB)Bölmə: BLOK XƏBƏR
![]() Türkiyədə mədən faciəsində ölənlərin sayı 157 nəfərə çatdı. ANS PRESS-in xəbərinə görə, bu barədə Manisa bələdiyyəsinin sədri Cengiz Ergünsaat məlumat verib. Yerli vaxtla saat 23.55-də (Bakı vaxtıyla 01.55) telefonla tele kanallardan birinin canlı efirinə qoşulan bələdiyyə sədri 75 nəfərin xəsarət aldığını, 157 nəfərin isə öldüyünü deyib. Mədəndə 580 fəhlə olduğunu deyən Ergünsaat ölü sayının çoxalacağını istisna etməyib. Hadisə barədə rəsmi açıqlama verən Enerji və təbii sərvətlər naziri Taner Yıldız isə ölü sayının 151 yaralı sayının 76 olduğunu açıqlayıb. Nazir Yıldız həmçinin qeyd edib ki, əlində dəqiq məlumat olmayan heç kim bu barədə rəsmi açıqlama verməsin. Qeyd edək ki, daha əvvəl ölü sayının 17, yaralı sayının 11 olduğu açıqlanmışdı. 21.47 Türkiyədən alınan son məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb. Onların hamısı tüstüdən zəhərlənib və aldıqları xəsarətlərdən dünyalarını dəyişib. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. ANS PRESS-in məlumatına görə, partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub. 21.30 Türkiyədə güclü partlayış baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə qeydə alınıb. Şaxtanın uçması nəticəsində 1 nəfər ölüb, 19 nəfər ciddi xəsarət alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi deyilir. Uçqun altında 200-300-dək fəhlənin qaldığı haqda da məlumatlar yayılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir. |
|