» » Leyla Əliyeva uşaqlarla süfrə ətrafında

Leyla Əliyeva uşaqlarla süfrə ətrafında

Bölmə: BLOK XƏBƏR, MANŞET
 Leyla Əliyeva uşaqlarla süfrə ətrafında
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və dahi şəxsiyyətin adını daşıyan Fondun yaradılmasının 10 illiyi münasibətilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün bayram şənliyi keçirilib.


“Xalqinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə uşaq evi və internat məktəblərinin 200-dən çox sakininə bayram süfrəsi açılıb.

Leyla Əliyeva uşaqlarla süfrə ətrafında söhbət edib. Şənlikdə iştirak edən uşaqlar onlar üçün təşkil edilən konsert proqramından və müxtəlif viktorinalardan zövq alıb, cizgi filmlərinin personajları ilə yaxından tanış olmaq imkanı qazanıblar. Uşaqlara hədiyyələr təqdim olunub.

2004-cü ildə fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler