» » Azərbaycanlı girovlara dekabrın 29-da hökm oxunacaq

Azərbaycanlı girovlara dekabrın 29-da hökm oxunacaq

Bölmə: Xəbər
Azərbaycanlı girovlara dekabrın 29-da hökm oxunacaq

İşğal altındakı Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə «məhkəmə» hökmünün oxunacağı vaxt bəlli olub.

Erməni mediasının məhkəməyə istinadən yaydığı məlumata görə, hökm dekabrın 29-da veriləcək.

Ötən prosesdə - dekabrın 19-da çıxış edən «prokuror» Karen Gabrielyan D.Əsgərova ömürlük həbs cəzası, Ş.Quliyevin isə 22 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İşğalçı rejim Şahbaz Quliyev və Dilqəm Əsgərovu bu ilin iyul ayında Kəlbəcərdə girov götürüb. Onlarla birgə Kəlbəcərə gedən Həsən Həsənov isə həmin vaxt öldürülüb. Onun meyiti qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.

Oktyabrın 27-dən «məhkəməyə» çıxarılan 46 yaşlı Şahbaz Quliyev və 54 yaşlı Dilqəm Əsgərov casusluqda, «sərhəd»i qanunsuz keçməkdə və qanunsuz silah daşımaqda ittiham edilirlər ("Azadlıq" radiosu).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler