» » Dilqəmlə Şahbazın qondarma “məhkəməsi” sona yaxınlaşır

Dilqəmlə Şahbazın qondarma “məhkəməsi” sona yaxınlaşır

Bölmə: BLOK XƏBƏR
Dilqəmlə Şahbazın qondarma “məhkəməsi” sona yaxınlaşırKəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş qondarma “məhkəmə” sona yaxınlaşır.

apa-nın məlumatına görə, bu barədə Şahbaz Quliyevin “vəkil”i Arkadi İsraelyan bildirib.

Bu gün keçiriləcək “proses”də Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan ifadə verəcək.

Qondarma “məhkəmə” bu il oktyabrın 27-də başlayıb.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler