» » Tələbəni maşın vurub -

Tələbəni maşın vurub - Gəncədə

Bölmə: Xəbər
Tələbəni maşın vurub - Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 9 radələrində şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Bayramlı Fətəli Cavanşir oğlu yolu keçmək istəyərkən “VAZ” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan F. Bayramlı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona sol baldırın sınığı, qarın və sifət nahiyəsinin zədələnməsi diaqnozu qoyulub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisəni törədən sürücünün kim olduğu məlumdur. Hazırda faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler