Azərbaycan yollarında piyada qətliamı: ölənlər və xeyli yaralı varBölmə: Xəbər
Dünən Azərbaycan yollarında piyada qətliamı yaşanıb.Xalqinfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 3-də saat 08 radələrində Gəncə şəhərində şəhər sakini Kamil Şirinzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobil yolu keçən həmyerlisi Dünyaxanım İsmayılovanı vurub. D. İsmayılova qəzadan aldığı xəsarətlərlə hadisə yerində ölüb.Abşeron rayonunun Mehdiabad qəsəbəsində isə müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Arzu Qoşqarova vurulub. Piyada hadisə yerindəcə keçinib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “VAZ-21074” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Kamran İslamov tutulub. Bundan başqa Qaradağ rayonunun Lökbatan qəsəbəsində naməlum avtomobil yolu keməyə çalışan Rəhman Tanrıverdiyev vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Xətai rayonunun da oxşar hadisə qeydə alınıb. İ.İsmayılov küçəsində müəyyən edilməmiş maşın Bakı şəhər sakini Asiman Omarov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Xaçmaz rayonunun Qımıl-Qışlaq və Qusarın Çiləgir kəndində də piyadalar vurulub. Hər iki hadisədə xoşbəxtlikdən ölən olmayıb. Hər bir faktla bağlı araşdırma aparılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|