» » 469 nəfər deputatlığa namizədlik üçün müraciət edib

469 nəfər deputatlığa namizədlik üçün müraciət edib

Bölmə: Xəbər
469 nəfər deputatlığa namizədlik üçün müraciət edib



YAP-ın namizədlər siyahısı ilə bağlı xəbərlər
2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) 17 dekabrda keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 2 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.

İclasda Tural Abbaslının sədrlik etdiyi Vahid Azərbaycan (AĞ Partiya) və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya 9 siyasi partiya müraciət etmişdi. Bunlar YAP, Ümid Partiyası və VHP, Böyük Quruluş Partiyası, BAXCP, Milli Dirçəliş Hərəkatı Partiyası, AMİP, ADP, Böyük Azərbaycan Partiyasıdır.

Dekabrın 17-dək olan məlumata görə, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 469 nəfər müraciət edib. Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. 155 nəfərə isə imza vərəqələri verilib.

MSK sədri Məzahir Pənahov ile ilgili görsel sonucu

MSK sədri Məzahir Pənahov məlumat verib ki, Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müstəqil media mərkəzi yaradılacaq. M. Pənahov deyib ki, ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır: “Bu media mərkəzi başqa ölkələrdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər. Yaxın günlərdə media mərkəzinin yaradılmasına başlanılmalıdır”.

Siyasi partiyalardan KXCP seçkidə iştirak etməmək qərarı verib.

Hakim Yeni Azərbaycan Partiyasının isə hələ də namizədlər siyahısını açıqlamaması mediada müxtəlif məlumatların yayılmasına səbəb olub. Belə ki, dekabrın 17-də bəzi kütləvi informasiya vasitələrində Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında Siyavuş Novruzov, Eldar İbrahimov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Ziyad Səmədzadə, Fəttah Heydərov, İsa Həbibbəyli, İlham Əliyev, Elman Nəsirov, Hüseynbala Mirələmov, Ağacan Abıyev, Əhliman Əmiraslanov, Naqif Həmzəyev, Zeynəb Xanlarova, Əliağa Hüseynov, Mirkazım Kazımov, Tahir Rzayev, Cavid Osmanov, Hacı Madar Musayev, Flora Qasımova, Əsabil Qasımov, Yaqub Mahmudov, Elşən Musayev, Sona Əliyeva, Elmira Axundova, Nizami Cəfərov, Aqiyə Naxçıvanlı, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Cavid Qurbanov, Rövnəq Abdullayev, Zahid Oruc, İqbal Məmmədov və digər şəxslərin yer almayacağı barədə xəbər yayılıb. Bundan əlavə, bildirilib ki, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov YAP-ın yeni siyahısında yer alacaq. O, deputat seçildiyi təqdirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri ola bilər.

YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazırdır, siyahı yaxın günlərdə açıqlanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler