» » İki məktəbin damı uçdu -

İki məktəbin damı uçdu - Foto

Bölmə: Xəbər
İki məktəbin damı uçdu - Ötən gün Siyəzən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. Siyəzən rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından (FHK) apa-nın yerli bürosuna verilən məlumata görə, güclü külək rayona elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

Güclü külək nəticəsində Siyəzən 4 nömrəli və Qozağacı kənd orta məktəblərinin dam örtüyü uçub. Bundan əlavə, rayonun Beşdam, Kiçik Həmyə, Qozağacı və Qalaşıxı kəndlərinə bir neçə yaşayış evinin damı və hasarını külək uçurub.

Siyəzən FHK-nın sədri Zəfər Əliyevin apa-ya verdiyi məlumata görə, küləyin fəsadları ilə bağlı baxış keçirilib. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler