» » “Səviyyəni doğrultmayıblar”-

“Səviyyəni doğrultmayıblar”- “Aydın yol”dan gedənlərə

Bölmə: Xəbər, BLOK XƏBƏR
“Səviyyəni doğrultmayıblar”-“Aydın yol” qəzetindən çıxarılanlar və istefalar haqda rəsmi açıqlama verilib.


Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn Qafqazinfo-ya açıqlamasında bildirib ki, Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti gözlənilən səviyyəni doğrultmadığı səbəbindən bəzi əməkdaşlarının sınaq müqaviləsinin vaxtını uzatmayıb: “Mərkəzin direktorunun qəzetin kadr məsələsinə qarışması” məsələsinə gəlincə, bildirirəm ki, qəzet müstəqil mətbu orqan deyil.

Əməkdaşlarının maaşı, qəzetin qonorar və nəşr xərcləri Mərkəzin büdcəsindən ödənilir. Təbii ki, kadr seçiminin rəhbərliklə razılaşdırılması vacibdir. Qəzetin baş redaktoru Fəxri Uğurlu isə hələ ki, istefa ərizəsini təqdim etməyib”.

Qeyd edək ki, qəzetin əməkdaşları Zöhrab Əmirxanlı və Tahir Kazımov işdən uzaqlaşdırılıb. Baş redaktor Fəxri Uğurlunun isə buna etiraz olaraq istefa verdiyi bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler