» » Afaq Məsuda vəzifə verildi

Afaq Məsuda vəzifə verildi

Bölmə: BLOK XƏBƏR
Afaq Məsuda vəzifə verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.M.Vəliyevanın Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Afaq Məsud qızı Vəliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilsin".

Xatırladaq ki, Afaq Məsud 1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-1988-cu illərdə "Azərbaycantelefilm"də direktor vəzifələrində çalışıb.

Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.

Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin "Mövcudluq haqqında həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları" və sair əsərləri Azərbaycan dilinə tərcümə edib.

"Can üstə", "O məni sevir", "Yol üstə" pyeslərinin müəllifidir. Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza" televiziya filmləri çəkilib.

2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan "Avropa şərqşünaslığında qadın yazarlar").

"Humay" Milli Akademiyası mükafatı laureatıdır. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin nəvəsidir. Yazıçı Məsud Əlioğlunun qızıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler