» » Özlərini vəzifəli şəxs kimi təqdim edənlərə

Özlərini vəzifəli şəxs kimi təqdim edənlərə AĞIR CƏZA

Bölmə: Xəbər
Özlərini vəzifəli şəxs kimi təqdim edənlərəBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlərə hökm oxunub. Hökmə əsasən Bəhruz Baxşıyev 10 il, İlqar Məmmədov 9 il, Rəşad Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bəhruz Baxşıyev, İsa Əkbərov, İlqar Məmmədov və Rəşad Həsənov əlbir olaraq vətəndaşları ali məktəblərə düzəltmək adı ilə aldatıblar. Bundan başqa, İlqar Məmmədov Bakı şəhərində inşa edilən çoxmərtəbəli binaların tikintisi üzrə komissiyanın sədri kimi təqdim edərək, Rəşad Həsənovla cinayət əlaqəsinə girib. Onlar şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və əlil insanları mənzillə təmin etmək adı ilə aldadıblar. Həmçinin İlqar Məmmədov Ülvi Əliyev və Lütfü Əliyevə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir. Təqsirləndirilən İ. Əkbərov xəstə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. İlqar Məmmədov ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində Azərbaycan Xalq Respublikaçıları Partiyasının sədri olduğunu və Azərbaycan Beynəlxalq Universitetində (ABU) beynəlxalq hüquqdan dərs dediyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler