» » Piyadanı vurub qaçan sürücüyə

Piyadanı vurub qaçan sürücüyə AĞIR CƏZA

Bölmə: Xəbər
Piyadanı vurub qaçan sürücüyə Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1951-ci il təvəllüdlü Tofiq Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.Xalqinfo.az lent.az-a istinadən bildirir ki, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tofiq Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib.
Tofiq Məmmədov 20 yanvar 2014-cü il tarixdə “Mersedes-Benz C180” markalı avtomobili idarə edərkən sürət həddini aşıb. O, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Əntiqə Allahverdiyevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, sonradan məsuliyyətə cəlb olunub. Tofiq Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler