» » Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb -

Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb - Foto

Bölmə: Xəbər, Kriminal
Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb -
Şirvanda şəhər telefon şəbəkəsinin rabitə quyularından rabitə kabelləri kəsilərək oğurlanıb.

Xalqinfo.az-ın məlumatına görə, Şirvan Telekommunikasiya qovşağından APA-ya verilən məlumata görə, ötən gecə Şirvan şəhərinin H.Əliyev prospekti və Vaqif küçələrində yerləşən 7 rabitə quyusuna daxil olan oğrular oradan qurğuşun və misdən ibarət olan ana xətt kabellərini kəsərək oğurlayıblar.

Nəticədə Şirvan şəhərinin Bayramlı, Hacıqəhrəmanlı qəsəbələri və Köhnə şəhər massivinə daxil olan 1000-ə qədər abonentin stasionar rabitə xətti kəsilib. Bir çox abunəçilərin internet verilişi də dayanıb. Hazırda Şirvan telekommunikasiya qovşağının təmir-tikinti briqadası oğurlanan kabellərin bərpası ilə məşğuldur. Bildirilir ki, rabitə xəttinin bərpa olunması bir həftəyə qədər mümkün olacaq. Qovşağa böyük məbləğdə maddi ziyan vurulub.

Şirvan polis şöbəsində faktla bağlı cinayət işi açılıb, oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb -
Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb -
Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb -
Şirvanda kabellər oğurlanıb, 1000-ə yaxın abonent rabitəsiz qalıb -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler