Şirvanda avtomobil polisi vurubBölmə: Kriminal, BLOK XƏBƏR
![]() Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 23.00 radələrində şəhər mərkəzində qeydə alınıb. Şirvan polis şöbəsinin post patrul xidmətinin əməkdaşı, 1982-ci il təvəllüdlü Şahbazov Fuad Əsgər oğlu yolu keçərkən avtomobil tərəfindən vurulub. Nəticədə polis əməkdaşı təpə nahiyəsinin əzilmiş xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Əlaqə üçün E-mail:xalqinfo@mail.ru Xalqinfo.az |
|