» » Bakıda avtobus sürücüsündən insanlığa sığmayan əməl

Bakıda avtobus sürücüsündən insanlığa sığmayan əməl

Bölmə: Xəbər
Bakıda avtobus sürücüsündən insanlığa sığmayan əməl Bakıda sərnişin avtobusu 15 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb.
Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə S.Ə.Şirvani küçəsində qeydə alınıb.

Belə ki, naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub. Qız ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi “Daewoo” markalı avtobusla birlikdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler