» » Bayraqdar Elman Türkoğlu və Xədicə İsmayıl qalmaqalı

Bayraqdar Elman Türkoğlu və Xədicə İsmayıl qalmaqalı

Bölmə: Xəbər, Siyasət
Bayraqdar Elman Türkoğlu və Xədicə İsmayıl qalmaqalı

Bu gün keçmiş KXCP üzvü, bayraqdar kimi tanınan Elman Türkoğlunun iddiasıəsasında Xədicə İsmayıla qarşı məhkəmə olacaq.

Bu barədə məlumat verən E.Türkoğlu bildirib ki, prosesin Binəqədi rayon məhkəməsində saat 15:00-da keçirilməsi nəzərdə tutulub:

“Bu satqın, vətənə və Azərbaycan dövlətçiliyinə xəyanət edən Xədicə İsmayılova hələ də deyir ki, Elman Türkoğlu haqqında nə paylaşmışamsa əcəb eləmişəm. Mən də onu məhkəməyə vermişəm. Bu gün məhkəmədə onun əcəbini “gözünə soxacam”.

E. Türkoğlu bildirib ki, X.İsmayılın həbsi üçün var gücü ilə çalışacaq və ən azı onun 5-6 illik məhbəs həyatı yaşamağına çalışacaq. Bayraqdar həmçinin X.İsmayılın erməni olduğunu da iddia edib:

“Xədicə İsmayıl ata tərəfdən deyil, ana tərəfdən ermənidir. Amma buna baxmayaraq, onun həqiqi soyadı İsmayılyandır. Çünki onun damarında erməni qanı axır. O, Azərbaycan jurnalistikasının ən pozğun əməkdaşı və üz qarasıdır”.

X. İsmayıl isə bildirib ki, məhkəmədən yayınmır və Bakıya qayıtmağa tələsir. O, hazırda Strasburqda Avropa Şurası Parlament Assambleyasının üzvləri ilə görüşdədir. Xədicə İsmayıl bildirib ki, Azərbaycana qayıdanda həbslə üzləşə bilər: “Mən düşünürəm ki, onlar ya istəyirlər ki, mən Azərbaycana qayıtmayam ya da qorxam, Azərbaycandakı işlər barədə sakit duram".

X.İsmayıl deyib ki, o, məhkəmədən yayınmır. “Mən səbirsizliklə qayıtmağımı gözləyirəm. Mən Bakıya qayıdacağam. Çünki Bakı mənim evimdir. Mən heç kimə imkan vermərəm ki, mənim evimdən bayıra atsın”.

Qeyd edək ki, X.İsmayıl əleyhinə cinayət işi onun sosial mediada yaydığı bir sənədlə bağlıdır. Elman Türkoğlu bu sənədin saxta olduğunu iddia edərək, orada təhqirə, böhtana məruz qaldığını bildirib və məhkəməyə müraciət edib/hafta.az/.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler