» » Xədicə İsmayıl ermənilərlə aksiya keçirdi-

Xədicə İsmayıl ermənilərlə aksiya keçirdi- Video

Bölmə: BLOK XƏBƏR
Xədicə İsmayıl ermənilərlə aksiya keçirdi-
Xalqinfo.az xəbər verir ki,Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda jurnalist Xədicə İsmayıl 10-a yaxın erməni dostuna işarə edib və onlar Əhməd Şahidovun arxasında düzülərək, dal çevirməklə bir növ çıxışa etiraz ediblər.

Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirib və Ermənistan hakimiyyətini ifşa edib.

Məsələ ilə bağlı ADİHİ rəhbərinin mövqeyini öyrənməyə çalışsaq da, Şahidov baş verənləri Xədicə İsmayılın əxlaqsız və satqın mahiyyəti ilə əlaqələndirərək, bu haqda çox danışmaq istəmədiyini deyib.

Lent.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler