İcra Hakimiyyəti jurnalistin evini dağıtdı - FotoAbşeron rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist Hacı Zeynalovun 4-5 ildir min bir əziyyətlə tikdiyi və hələ başa çatdırmadığı evini dağıdıb. “Xalqinfo” Modern.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin dostları məlumat veriblər. Jurnalistin ev tikməklə bağlı Abşeron rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənədlərinin olduğu bildirilir. Qeyd edilir ki, həmin sənədlər jurnalistə Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmədovadır. Jurnalistin dağıdılan evi Saray qəsəbəsində tikilib. Məlumata görə, o, evi tikdirmək üçün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin kreditləri ödəyə bilməyib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|