Azərbaycanda qadın icra başçısı təyin edildi- YenilənibBölmə: MANŞET
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev bir neçə rayonun icra başçısını vəzifədən azad edərək yeni vəzifələrə təyin edib. “Xalqinfo” xəbər verir ki, İlham Əliyevin sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Xatırladaq ki, daha əvvəlki sərəncamla Abşeronun icra başçısı Zakir Fərəcov vəzifəsindən azad edilərək Sumqayıt şəhərinə icra başçısı göndərilib. *** “Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm”. Bunu APA-ya açıqlamasında bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədova bildirib. O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür: “Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum”. O, buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb. Həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|