» » Bakının əsas prospektində hərəkət məhdudlaşdırılır

Bakının əsas prospektində hərəkət məhdudlaşdırılır

Bölmə: Xəbər, Sosial
Bakının əsas prospektində hərəkət məhdudlaşdırılır
Bakıda Babək prospekti və Məhəmməd Hadi küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.

Xalqinfo.az xəbər verir ki, Azəravtoyol ASC-dən verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq M.Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

“Məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək. Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler