» » Prospektdə hərəkət məhdudlaşdırılır-Sürücülərin nəzərinə

Prospektdə hərəkət məhdudlaşdırılır-Sürücülərin nəzərinə

Bölmə: Xəbər, BLOK XƏBƏR
Prospektdə hərəkət məhdudlaşdırılır-Sürücülərin nəzərinəAparılan təmir işləri ilə əlaqədar 30 aprel tarixindən etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə (M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət ) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Xalqinfo.az-ın “Azəravtoyol” -dan aldığı məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq.

Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

Qeyd edək ki, əks istiqamətdə üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir məhdudlaşdırma tətbiq edilmir.




Jalə Hüseynova




Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler