» » Qarnında deşilmiş yara olan Lənkəran sakini damdan yıxıldığını iddia edir

Qarnında deşilmiş yara olan Lənkəran sakini damdan yıxıldığını iddia edir

Bölmə: Xəbər
Qarnında deşilmiş yara olan Lənkəran sakini damdan yıxıldığını iddia edir
Lənkəran sakini ehtiyatsızlıqdan ciddi xəsarət alıb.

23 yaşlı Sütəmurdov kənd sakini Əsədli Nail Müqabil oğlu qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaxınları onun damdan yıxıldığını bildirirlər. Xəstəxanada aparılan müayinələr nəticəsində N.Əsədlinin qarının qapalı travması, epoqastral və qasıqüstü nahiyədə kəsilmiş-deşilmiş yara, həmçinin dalağın partlaması diaqnozu qoyulub. Xəsarət alan şəxs dərhal əməliyyat olunub.

Xəsarət alan şəxsin bıçaqlandığına dair ehtimal da var.

Faktla bağlı rayon Polis şöbəsinə məlumat verilib. (“Report”)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler