» » Söyüş söyənin dilini kəsdilər - Azərbaycanda sensasiya

Söyüş söyənin dilini kəsdilər - Azərbaycanda sensasiya

Bölmə: BLOK XƏBƏR, MANŞET
Söyüş söyənin dilini kəsdilər - Azərbaycanda sensasiyaNoyabrın 28-də axşam saatlarında Lənkəran şəhərində ağır bıçaqlanma hadisəsi baş verib.


"Xalqinfo"trend-ə istinadən xəbər verir ki, bu barədə CTV məlumat yayıb. Bıçaqlanan 40 yaşlı Eyvaz Paşayevi yaxınları qan içində tapıblar. Qohumlar ağır vəziyyətdə olan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Sol üzün kəsilmiş-deşilmiş yarası, dilin kəsilməsi, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası və ağır qanaxma diaqnozu ilə xəstəxanaya daxil olan E.Paşayev dərhal əməliyyat edilib və hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi, lakin hələlik olayla bağlı heç kimin saxlanılmadığı, əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini bildiriblər.

CTV-nin məlumatına görə, hadisəyə səbəb zərərçəkənin söyüş söyməsi olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler