» » “Ölkəmizdə ancaq dələduzlar qaz vurub, qazan doldurur” - DTX-nın əməliyyatına reaksiya

“Ölkəmizdə ancaq dələduzlar qaz vurub, qazan doldurur” - DTX-nın əməliyyatına reaksiya

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET
“Ölkəmizdə ancaq dələduzlar qaz vurub, qazan doldurur” - DTX-nın əməliyyatına reaksiya

Tarif Şurasının son qərarından sonra demək olar ki, bir çox sahədə çalışan insanlar bu qərarın onların güzəranına mənfi təsir edəcəklərini bildirib gileyləndilər.

Hətta indiyə qədər Milli Məclisdə səsləri eşidilməyən bəzi deputatlar belə bu qərara etiraz etdilər. Ancaq nədənsə qələm əhlinin, KİV nümayəndələrinin bununla bağlı ciddi narazılığı gözə dəymədi. Sadəcə bəzi mətbuat nümayəndələri sosial şəbəkədə statuslar yazmaqla kifayətləndilər.

Maraqlıdır, bu bahalaşma jurnalistlərə təsir etməyəcəkmi, yoxsa jurnalistlər həmişəki kimi "qaz vurub, qazan dolduracaq”? Olmaya reketçilik üsuluna keçərək güzəranlarını təmin edəcəklər?

Xalqİnfo.az xəbər verir ki, hər zaman doğrunu danışan jurnalist kimi tanınan Seymur Verdizadə Moderator.az-ın bununla bağlı suallarını cavablandırıb.

Seymur Verdizadə bidlirib ki, bizim ölkəmizdə ancaq dələduzlar qaz vurub, qazan doldururlar:

"Həqiqi jurnalistlər həmişə sıxıntı içərisində yaşayıblar. Bahalaşmadan əvvəl də qazancımız cari xərcləri ödəməyə güclə çatırdı. Yəqin ki, bundan sonra vəziyyət bir az da pisləşəcək.

Problem odur ki, mənim əlimdən danışmaqdan və yazmaqdan başqa heç bir iş gəlmir. Əgər hansısa başqa sənətin sahibi olsaydım, maddi durumumu yaxşılaşdırmaq üçün alternativ bir işin qulpundan yapışardım.

Görünür, əvvəlki səviyyədə yaşamaq üçün daha çox işləmək lazım gələcək. Mətbuatın maddi-texniki bazasını gücləndirmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Azərbaycan mətbuatının qeyri-leqal yollarla varlanmış adamların təsir dairəsinə düşməyinə imkan vermək olmaz”.

"DTX artıq reketçiliklə məşğul olan "junalistlərlə" bağlı konkret addımlar atır. Sizcə bu əməliyyatların nəticəsi olacaqmı, yoxsa bahaçılıq ucbatından reketçiliklə məşğul olanların sayı daha da artacaq?” sualımızı da cavablandırıb:

"DTX-nin "reket" jurnalistlərə qarşı başlatdığı mübarizəni alqışlayıram. Mən onları jurnalist hesab etmirəm. Onlar mətbuatın üz qarasıdır. Amma gərək həm də "reket" jurnalistlərin əl-qol açmasına rəvac verən şərait ortadan qaldırılsın. "Reket"lərin hədəfində həmişə öz işinin öhdəsindən gələ bilməyən məmurlar olur. Axı niyə məmur öz işinin öhdəsindən gəlməməlidir? Sualı belə də qoya bilərik: "Reket" jurnalistlər niyə bir dəfə də mənə, sizə, digər sadə insanlara "ilişmirlər"? Çünki bizim fəaliyyətimiz şəffafdır. Dövlətin bir quruşuna da kəm gözlə baxmamışıq.

Əgər məmurlar şəffaf işləsələr, dövlət əmlakını talan etməsələr, vətəndaşın problemlərinə həssas yanaşsalar, "reket" jurnalistlərin onları şantaj etməsi üçün heç bir əsas olmaz. "Reket" jurnalistlərə qarşı ən effektiv mübarizə üsulu məmurları düzgün işləməyə vadar etməkdir. Amma bu, kiməsə əsas vermir ki, jurnalist vəsiqəsinin arxasında gizlənib şantajla məşğul olsun. Əgər hansısa məmur rüşvət alırsa, onunla bağlı hüquq mühafizə orqanları tədbir görməlidir.

Sonda onu demək istəyirəm ki, "reket" jurnalistlərə qarşı mübarizə bir qədər də gücləndirilməlidir. Bu məsələdə "jurnalist təəssübkeşliyi" göstərən həmkarlarımı şiddətlə qınayıram”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler