» » “Reket”lərin həbsinə reaksiya - “Cəzalarını alacaqlar”

“Reket”lərin həbsinə reaksiya - “Cəzalarını alacaqlar”

Bölmə: BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
“Reket”lərin həbsinə reaksiya - “Cəzalarını alacaqlar”

"Hazırda 70-dən çox mətbu orqanın adı “qara siyahı”mızdadır”.

Xalqİnfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov “Qafqazinfo”ya "reket" jurnalistlərin həbsi ilə bağlı açıqlamasında deyib. MŞ sədri bildirib ki, qurum yaranan gündən media ilə cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə xidmət edir:

“Hər il KİV nümayəndələri ilə bağlı xeyli sayda şikayət daxil olur. Bu şikayətlərin böyük bir qismi reketyönlü, qorxutma, şantajetmə xarakterlidir. Bu müraciətlər araşdırılır və müəyyən qərarlar verilir. Artıq Şura Azərbaycan jurnalistləri qurultayında media nümayəndələrinin xahişi ilə yeni bir komitə yaratdı: "Reket" jurnalistikaya qarşı mübarizə komitəsi.

Bəzi mətbu orqanlar var ki, insanlar haqqında həqiqətə uyğun olmayan məlumatlar verir, onların şərəf və ləyaqətini alçaldır. Bu səbəbdən şura “qara siyahı” tərtib edib və bu siyahıda 70-dən çox mətbu orqanın adı var. Onlardan bəziləri bir müddət sonra nəşrlərini bağlayıb yeni adla sayt və ya qəzet tərtib ediblər. O ki qaldı son zamanlar baş verən hadisələrə, hazırda müəyyən araşdırma işləri aparılır. Əgər həqiqətən də onlar "reket"lik fəaliyyəti ilə məşğul olurlarsa, öz cəzalarını alacaqlar. Ümumiyyətlə medianı saflaşdırmaq dövrün tələbidir”.

Ə.Amaşov qeyd edib ki, baş verən hadisələr heç bir vəchlə mətbuat azadlığının məhdudlaşdırılması adlandırıla bilməz. Bu mətbu orqanların fəaliyyəti artıq jurnalistika müstəvisindən çıxıb cinayət müstəvisində araşdırılmalı, hər hansı bir tədbir görülməlidir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler