» » Xədicə İsmayıl da amnistiyaya düşüb

Xədicə İsmayıl da amnistiyaya düşüb

Bölmə: Xəbər
Xədicə İsmayıl da amnistiyaya düşüb

Jurnalist Xədicə İsmayılova Elman Türkoğlunun ona qarşı iddiası ilə bağlı iş üzrə amnistiyaya düşüb.

Xalqinfo.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat verib. Vəkil bildirib ki, X.İsmayılova 2500 manat həcmində cəriməni ödəməkdən azad edilib.

Xatırladaq ki, E.Türkoğlu X.İsmayılı onun şərəf və ləyaqətini təhqir edib böhtan atdığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

İyunun 21-də Binəqədi Rayon Məhkəməsinin məhkəmə qərarlarının icrası şöbəsində X.İsmayılovanın amnistiyaya düşməsi barədə sənədi ona təqdim ediblər.

Buna baxmayaraq, jurnalist bəraət almaq niyyətindədir. X.İsmayılın kassasiya şikayətinə iyunun 28-də Ali Məhkəmədə baxılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler