Xədicə İsmayıl həbs olundu- YENİLƏNİBBölmə: BLOK XƏBƏR, MANŞET
Jurnalist Xədicə İsmayılova həbs olunub. ans press-in məlumatına görə, bu barədə bu gün Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmə prokurorluğun təqdimatı əsasında X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir. “Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb. Məlumatda deyilir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq. ANS TV-nin məlumatına görə, artıq Xədicə İsmayıl məhkəməyə aparılıb. Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edir. Bu il fevralın 17-də Xədicə İsmayıl “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsilə cinayət işi başlanıb. Bundan öncə Bayraqdar kimi tanınan Elman Türkoğlu da Xədicə İsmayılın Cinayət Məcəlləsinin (böhtan) maddəsilə məsuliyyətə cəlb olunmasını istəmişdi. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|