» » Bakıda 3 yaşlı körpənin faciəli ölümü

Bakıda 3 yaşlı körpənin faciəli ölümü

Bölmə: Xəbər
Bakıda 3 yaşlı körpənin faciəli ölümü Bu gün Bakıda azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.

Xalqinfo.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, saat 07 radələrində Qara Qarayev prosektində binanın qarşısında 3-4 yaşlı oğlan uşağının meyiti tapılıb.

Hadisə yerinə xeyli insan yığılsa da, uşağın valideynləri tapılmayıb.

Saat 09 radələrində yuxudan ayılan valideynlər uşağın eyvandan yıxılaraq öldüyünü görüblər.

İlkin araşdırma zamanı bədbəxt hadisə nəticəsində ölən uşağın 2013-cü il təvəllüdlü Vəliyev İsa Rüstəm oğlu olması müəyyən edilib. Məlum olub ki, səhər yuxudan duran uşaq nənənin bazara getməsi ilə nəzarətsiz qalıb və eyvana çıxıb. Valideynləri hələ də yuxuda olduğundan uşağın başına gələndən xeyli sonra xəbər tutub.

Faktla bağlı araşdırma aparılır.



Jalə Hüseynova


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler