ŞOK: Valideyinlərin öz körpəsinə etdiyi vəhşilik![]() Polis karton qutuda torpağa basdırılan oğlan uşağını məzardan çıxararaq xilas edib. Məlumata görə, “dovşan dodaq”la (yarıq dodaq) doğulmuş körpədən imtina etmək qərarına gələn valideynlər əvvəlcə onu qəbiristanlığa atıblar. İki gün sonra isə onun öldüyünü güman edən qohumları körpəni torpağa tapşırıblar. Uşağın möcüzəvi xilas olmasına səbəb isə karton qutudakı dəliklər olub. Belə ki, uşaq həmin dəliklərdən süzülən yağış suyu və havanın hesabına sağ qala bilib. Həkimlər uşağın səhhətinin stabil olduğunu müəyyən ediblər. Hadisə ilə bağlı polis uşağın 3 qohumu da daxil olmaqla 5 nəfəri həbs edib. |
|