» » “Əli Kərimlini evdən də izləmək olar”

“Əli Kərimlini evdən də izləmək olar”

Bölmə: Xəbər
“Əli Kərimlini evdən də izləmək olar”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov internetdə AXCP sədri Əli Kərimlinin avtomobilinin izlənilməsini əks etdirən video-kadr yerləşdirilməsinə münasibət bildirib.


“XALQİNFO” xəbər verir ki, YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, indiki texnologiyalarla istənilən adamı oturduğun yerdən izləmək çox asandır: “Odur ki, Əli Kərimlini izləmək lazım olsaydı, elə evdən də izləmək olardı. Əli Kərimli kimə lazımdır ki, o da izlənilsin? Bu, Əli Kərimlinin özü tərəfindən ortaya atılan məsələdir. Məqsəd də gündəmdə qalmaqdır. Bu, gündəmdə qalmaq üçün atılan addımdır. Bizim üçün Əli Kərimlinin izlənilməsinin heç bir əhəmiyyəti yoxdur. Bu, videonu da Əli Kərimli özü çəkdirib internetdə yerləşdirib ki, bir neçə həftə də belə gündəmdə qalsın. Bu, adam özünü bilərəkdən çəkdirib. Çünki Əli Kərimli insanların diqqətində heç cür qala bilmir. Ona görə də Əli Kərimli belə şoular düzəldir ki, xarici qüvvələrin də diqqətini çəksin. Həm də gələcəkdə Azərbaycana qarşı olan hər hansı hesabatlarda yazılacaq ki, guya siyasi partiya rəhbəri olan Əli Kərimlinin maşını izlənilir və sairə. Ancaq Əli Kərimlinin partiyasında özü, cangüdəni və sürücüsündən başqa heç kəs yoxdur”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler