Siyavuş Novruzov “Havalar isinib” AçıqlamaBölmə: Siyasət
“Müxalifət hava şəraiti ilə əlaqədar olaraq mitinqlər keçirir. Yazda başlayıb yayın istisinə qədər mitinq keçirəcəklər, daha sonra payızda bir iki dəfə toplaşacaqlar, soyuqlar düşəndə isə evlərinə yığılacaqlar”. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a açıqlamasında Müsavat Partiyasının mitinq keçirmək qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, Müsavatın da mitinqi mövsümü xarakter daşıyır: “Havalar isinib, yadlarına düşüb ki, mitinq keçirmək lazımdır. Ona görə də bu haqda düşünürlər. Amma sosial bazası olmayan, cəmiyyətin dəstəkləmədiyi heç bir təşkilat möhtəşəm mitinq keçirdə bilməz, o cümlədən Müsavat Partiyası”. S. Novruzov mitinq qərarının NİDA-çılarla bağlı olmasına da münasibət bildirib. Deyib ki, hər bir məsələ hüquq çərçivəsində həll olunmalıdır, zor çərçivəsində yox. Hər şey hüququn aliliyi çərçivəsində həll olunmalıdır. Razı deyillərsə, digər instansiyalara müraciət edə bilərlər”-deyə YAP rəsmisi qeyd edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|