Suraxanı rayonunda “Kitab aləmi” adlı kitab sərgisi və yarmarkası keçirilib.Bölmə: Xəbər
"Xalqinfo"-ya daxil olan məluma əsasən,Bilik Günü ərəfəsində Suraxanı rayonunda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Kitab aləmi” adlı kitab sərgisi və yarmarkası keçirilib. Sərgi-yarmarkada Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək kitabın gənc nəslin formalaşmasında, onların dünyagörüşünün inkişafında rolundan danışıb, onlara daima mütaliə etməyi məsləhət görüb Sonra YAP Suraxanı rayonu təşkilatının sədri cənab Vüqar Seyidov gənclərə kitabın önəmindən danışıb Millət vəkili Sevinc Fətəliyeva kitabla bağlı tədbirlərin keçirilməsinin əhəmiyyətindən söhbət açıb və belə yarmarkaların tez-tez təşkil olunmasının vacibliyini vurğulayıb. Tədbirdə Suraxanı rayonu üzrə millət vəkili Fərəc Quliyev, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Yarmarkanın məqsədi gənclərdə və məktəblilərdə qiraətə, klassik və müasir ədəbiyyata, eləcə də dünya ədəbiyyatına maraq yaratmaqdır. Bilik Fondunun əməkdaşları “Kitab aləmi” yarmarkasında Fondun “Ev kitabxanası” layihəsi çərçivəsində tədbir iştirakçılarına 55 adda pulsuz kitab paylayıblar. Bu təşəbbüs tədbir iştirakçılarının marağına səbəb olub. Tədbirə “Əli və Nino” kitab evi, “Qanun”, “Qədim Qala”, “Xəzər”, “Bərəkət”, “Parlaq imzalar” nəşriyyat evləri, “Starbook group” tərəfdaş kimi qatılıblar və tədbirdə onların çap etdiyi kitablar endirimlə satışa çıxarılıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|