“İRƏLİ”dən “Danışan kitab” layihəsiBölmə: Mədəniyyət, KİTAB ALƏMİ
![]() Xalqinfo.az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, “Danışan Kitab” yerli və xarici, klassik, müasir və müxtəlif janrlarda ədəbiyyatları özündə birləşdirən audio kitabxana layihəsidir. Bu layihə görmə qüsurlu insanlara, həmçinin kitab oxumağa vaxtı, fürsəti olmayan şəxlərə daha əlverişli imkan yaradacaq. İlkin mərhələdə bir neçə janrdan ibarət, keçirilmiş sorğu nəticəsində müəyyənləşmiş kitablar könüllü şəxlər tərəfindən studioda səsləndiriləcək. Audio formatında olan kitablar həm yaradılacaq vahid elektron audio kitabxana olan www.danishankitab.az saytında yerləşdiriləcək ki, burada həmin audio kitabları onlayn şəkildə dinləyə və ya yükələyə biləcəklər, həm də disklər şəklində tərəfdaş olacaq kitab mağazasına veriləcək. Qeyd edək ki, “Danışan kitab” layihəsi üçün səsyazmalara start verilib. |
|