» » Türkiyə Azərbaycana hərbi yardım edəcək – Tiflis gizlinləri

Türkiyə Azərbaycana hərbi yardım edəcək – Tiflis gizlinləri

Bölmə: Xəbər, BLOK XƏBƏR
Türkiyə Azərbaycana hərbi yardım edəcək – Tiflis gizlinləri
“İndiki şəraitdə NATO Türkiyəyə imkan yaradır ki, Rusiyadan təhlükə olduğu zaman bu iki ölkəni hərbi baxımdan dəstəkləsin”. Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Azərbaycanın Rusiyanın aqressiyasından özünü qoruyub saxlaya bilməsini uğur adlandırıb: “Mən demişdim ki, bu görüş Qafqazdan keçən tranzit koridorlarının, enerji dəhlizlərinin təhlükəsizliyini təmin etməyə yönəldiləcəkdir. Buna böyük ehtiyac var. Sözsüz ki, bunu təmin etmək üçün Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığına böyük ehtiyac var. Çünki Türkiyə əsgəri gücə malikdir və NATO-nun üzvüdür. Özü də indiki şəraitdə NATO Türkiyəyə imkan yaradır ki, Rusiyadan təhlükə olduğu zaman bu iki ölkəni əsgəri baxımdan dəstəkləsin. Əgər sammitdə biz buna nail olmuşuqsa, o zaman bu olduqca böyük əhəmiyyətli bir hadisədir. Qafqaz Birləşmiş Ştatları məsələsinə gəlincə isə, bunlar emosional ifadələrdir. Sözsüz ki, Gürcüstan da, Azərbaycan da müstəqil dövlətdir və elə də qalacaqlar. Biz heç bir birləşmiş ştatlar yaratmaq imkanında deyilik. Əgər biz müstəqilliyimizi qoruyub saxlaya və Avropaya inteqrasiya edə bilsək, bu özü böyük iş olacaq. Üstəlik indiki şəraitdə Rusiyanın aqressivliyindən özümüzü qoruya biliriksə, bu özü böyük uğurdur”. Politoloq Qafqaz Birləşmiş Ştatları anlayışının mümkün olmayacağını bildirib: “Qafqaz Birləşmiş Ştatları anlayışı mümkün olan şey deyil. Hər hansı müstəqil dövlət öz suverenliyindən imtina edə bilər. Məsələn, ABŞ-da bunu amerikalılar yaradıb. Amma biz ermənilərlə, ya da gürcülərlə nə “birləşmiş ştatı” yaradacağıq? Biz hərəmiz ayrı millətik və müstəqil dövlətik. Aramızda əməkdaşlığı təmin edə bilsək, Gürcüstan rus ümumi işğalından öz ərazilərini qaytara bilsə, Azərbaycan isə ermənilərdən öz ərazilərini azad etsə, bu, böyük nailiyyət olacaq. Burada birləşmiş ştatlara heç bir ehtiyac yoxdur. Birləşmiş ştatlar, görünür, simvolik şəkildə adlandırılır”. Qeyd edək ki, bu gün gürcü politoloqu Vaxtanq Maisaya Tiflis sammitinin yeni regional təhlükəsizlik sisteminin yaradılması üçün zəmin yaratdığını söyləmişdi. O, İlham Əliyevin irəli sürdüyü Qafqaz Birləşmiş Ştatları ideyasının bu sammitlə reallaşmağa başladığını qeyd etmişdi. - See more at: http://axar.az//news/17065#sthash.rfSNyqWv.dpuf

Şərh Yaz
ŞƏRH(1)

Elmar 27 may 2014 22:58
azərbaycanin gələcəyini görən və azadligin yollarini cizan dahi siasi xadim palitoloq inaniramki siyasi karyerasinda azərbaycanin siyasi konturlarni cizmiş böyük şəxsiyyət tükənməz ideyalari azərbaycani yaşadacaq hələ gənc nəsil sizdən cox şey öyrənməlidir siz xalqimiza lazimsiz azərbaycan yaşasin deyə
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler