» » “İçərişəhər”ə gediş dayandırıldı-

“İçərişəhər”ə gediş dayandırıldı- Metropolitendən açıqlama+Yenilənib

Bölmə: Xəbər
“İçərişəhər”ə gediş dayandırıldı-
Bakı metropoliteninin fəaliyyətində problem yaranıb.


Xalqinfo” sivil.az-a istinadən xəbər verir ki, hazırda 28 May stansiyasından İçərişəhər stansiyası istiqamətində qatarların hərəkəti tam dayanıb.

Dərnəgül stansiyası istiqamətində gedən qatarlar isə Nizami stansiyasına qədər hərəkət edir.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sivil.az-a bildirib ki, Sahil stansiyasında su axıntısında artım müşahidə olunub. Bu artımın qarşısını almaq üçün gərginlik çıxarılıb. Buna görə, hazırda 28 May İçərişəhər xətti istiqamətində qatarların hərəkəti dayandırılıb. Həzi Aslanovdan gələn qatarların Nizami stansiyasında dalandan geri qaytarılır. Metropoliten rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılacaq.

***

“Sahil" və “İçərişəhər” metro stansiyalarında qatarların hərəkəti bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bunu “APA-Economics”ə açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"17:02-də baş vermiş problemlə bağlı gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub", -deyə N.Paşayev vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler