» » Şəmsəddin Hacıyevin qızından - Açıqlama

Şəmsəddin Hacıyevin qızından - Açıqlama

Bölmə: Xəbər
Şəmsəddin Hacıyevin qızından - Açıqlama
Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva rektor Ədalət Muradovun onu universitetindən çıxarması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.


"Qafqazinfo" xəbər verir ki, AzVision.az-a açıqlamasında Ç.Hacıyeva bu məlumatların tamamilə əsassız olduğunu bildirib:

“Bu məlumatlar sizdə hardadır? Hazırda universitetdə elmi şura idi. Biz də iclasda idik. Mənim Xüsusi İstedadlar Qrupundan çıxarılmağımla bağlı xəbərlərin heç bir əsası yoxdur”

Eyni zamanda AzVision.az-ın əldə etdiyi məlumata görə, rektor Şəmsəddin Hacıyevin qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da işdən çıxarıb. Onun yerinə dosent Bərxudarov Mənsur İsa oğlu təyin edilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler