Şəmsəddin Hacıyevin qızı işdən çıxarıldı- YenilənibBölmə: BLOK XƏBƏR
![]() Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızı işdən uzaqlaşdırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Mia.az saytı məlumat yayıb. Sayta daxil olan məlumata görə, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudasını da işdən çıxarıb: "Şəmsəddin Hacıyevin qudası, daha dəqiqi, qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da vəzifəsindən azad etdi. Yeni rektor keçmiş rektorun qudası ilə yanaşı, onun bir neçə həmyerlisini və Universitetdəki istedadlar qrupuna rəhbərlik edən qızı Çeşmə xanımı da işdən uzaqlaşdırıb». Məsələ ilə bağlı Ş.Hacıyevlə əlaqə yaratmaq mümkün olmayıb. Sabiq dekan Müzəffər Məmmədov isə mobil telefonuna edilən zəngə cavab verməyib. "Qafqazinfo" xəbər verir ki, Şəmsəddin Hacıyevin qızı Çeşmə Hacıyeva YAP Gənclər Birliyinin sədri Seymur Orucovun həyat yoldaşıdır. |
|