7-ci prezident vəfat etdi

Bölmə: Xəbər, Dünya
7-ci prezident  Türkiyənin sabiq prezidenti Əhməd Kənan Evrən vəfat edib.

Xalqinfo.az-ın məlumatına görə, Türkiyədə hərbi çevrilişlə hakimiyyətə gələrək 7-ci prezidenti olmuş Kənan Evrən dünyasını dəyişib. Bu barədə yerli mətbuat xəbər yayıb.

Xəbərdə bildirilir ki, 98 yaşlı sabiq prezident müalicə aldığı Ankara Gülhanə Tibb Akademiyasında mayın 9-da əbədi olaraq gözlərini yumub.

Qeyd edək ki, Kənan Evrən Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident kimi tanınır. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlib, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler