“Kənan M.M məni sındırmaq istəyirdi, lakin …”-Vüqar Muradov“Kənan M.M məğlubiyyətilə barışa bilmədiyi üçün Vüqar Muradovu aldadıb. Guya toy üçün beh vermək adı ilə mənimlə görüşə gəlib. Görüşə 3 maşın, 15 nəfər, boynu bükülməyən idmançı oğlanla mənim üstümə gəlib. Məni sındırmaq istəyirdi. Lakin bunu bacarmadı”. Bu barədə Vüqar Muradov ANS PRESS-ə Kənan M.M ilə aralarında yaranmış insidentdən danışarkən bildirib. Onun sözlərinə görə, tanınmış rejissor Kənan M.M ilə yarışların birində iştirak edərkən onu məğlub edib. Kənan M.M də məğlubiyyətilə barışmayıb və qisas almaq fikrinə düşüb. “Təbii ki, məni döyə bilmədilər. Fikirləri vardı ki, məni sındırıb, çəksinlər. Sonra həmin görüntüləri “YouTube”a qoysunlar. Məndən qisas almaq istəyirdilər. Çünki mən onu oyunda udmuşdum, Kənan da bunun əvəzini çıxmaq istəyirdi. Sağ olsun Azərbaycan polisləri vaxtında özlərini yetirdilər. Onların çoxunu tutublar. Mənə və qardaşıma heç bir xəsarət yetirilməyib”, - deyə Vüqar Muradov əlavə edib. Müğənni onu da xatırladıb ki, hər şeyə rağmən Kənan M.M-i bağışlayır. Müğənni bununla bir daha böyüklüyünü sübut etmək istəyir. “Kənan amma bunu etməzdi. Amma mən onu və onunla olanların hamısını bağışlayıram. Şikayətimi geri götürürəm”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|