» » Facebook boşanma hallarını artırırmış

Facebook boşanma hallarını artırırmış

Bölmə: Xəbər
Facebook boşanma hallarını artırırmış

Xalqinfo.az xəbər verir ki, Dünyanın ən məşhur sosial şəbəkəsi Facebook-la bağlı sorğu keçirilib.

ans press-in məlumatına görə, "Slater and Gordon Lawyers" hüquq şirkətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmadan maraqlı nəticələr ortaya çıxıb. Məlum olub ki, Facebook ailələrdə boşanma hallarına 5 il əvvəlkindən daha çox təsir edir. İstifadəçilərin əksəriyyəti sosial şəbəkələrə görə nikahlarını pozmağa qərar verirlər.

Sorğuya görə, hər yeddinci britaniyalı həyat yoldaşı sosial şəbəkələrdə həddən artıq vaxt keçirdiyi üçün boşanma haqqında fikirləşir. Demək olar ki, respondentlərin yarısı Facebook-da həyat yoldaşının hesabını gizli olaraq yoxlayır. Sorğuda iştirak edən hər beşinci şəxs həyat yoldaşı ilə sosial şəbəkəyə görə dalaşır. Ər-arvadların təminən 25%-i həftədə bir dəfə Facebook-a görə mübahisə edir.

Cütlüklərin 17%-i internetdə həyat yoldaşı haqqında hansısa informasiyanı gördüyü üçün hər gün ailədə dava-dalaş olur. 58%-dən çox insan öz hesab paralonu həyat yoldaşına söyləyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler