“Facebook”a rəqib ortaya çıxıbBölmə: Dünya
Son günlərdə populyarlaşan “Ello” adlı sosial şəbəkə saytı istifadəçilər tərəfindən “anti-Facebook” adlandırılır və reklam verməməsi ilə seçilir. Sosial şəbəkə nəhəngi ilə müqayisədə az bir kütləyə sahib olan “Ello”nun açıqlamasında “anti-Facebook” mövqe ortaya qoyulduğu üçün artıq onun da öz üzvləri var. “Demək olar, hər ikinci sosial şəbəkə reklamçıların nəzarətindədir. Sizin arxanızda onlar çoxlu casus proqramlardan istifadə edirlər ki, etdiyiniz hərəkətlərin hamısını qeydə alsınlar. Sonradan məlumatlar hərracdan reklamçılara və informasiya agentlərinə satılır” - deyə yeni sosial şəbəkə saytının açıqlamasında deyilir. “Ello”da akkauntu yalnız şəbəkə istifadəçilərindən birinin dəvəti, eləcə də müraciət göndərməklə açmaq mümkündür. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|