» » ABŞ və Britaniya Rusiya qarşı ağır sanksiyalara razılığa gəldilər

ABŞ və Britaniya Rusiya qarşı ağır sanksiyalara razılığa gəldilər

Bölmə: Xəbər, Dünya, KİTAB ALƏMİ, MANŞET
ABŞ və Britaniya Rusiya qarşı ağır sanksiyalara razılığa gəldilərABŞ prezidenti Barak Obama və Böyük Britaniya baş naziri Deyvid Kameron kiber-təhlükəsizlik də daxil olmaqla, iki ölkənin üzləşdiyi bir neçə önəmli məsələ barədə əməkdaşlığı artıracaqlarına söz veriblər.

Xalqinfo.az xəbər verir ki, Kameronla birgə mətbuat konfransında prezident Obama bildirib ki, kiber məkanda təhdidlər artması bu qərarın verilməsinə səbəb olub və qərar hər iki ölkənin mühüm infrastrukturlarının, bizneslərinin və insanlarının qorunması məqsədi daşıyır.

Prezident Obama və baş nazir Kameron habelə razılaşıblar ki, Ukraynadakı fəaliyyətlərinə görə, Rusiyaya daha ağır sanksiyalar qoyulmasına ehtiyac var. Hər iki lider Ukraynanı dəstəkləyəcəklərinə söz veriblər.

Müzakirə mövzusu olan digər başlıca məsələ İran olub. Kameron deyib ki, həm ABŞ, həm də Britaniya İranın nüvə silahı istehsal edə bilməsinin qarşısını almaq üçün tam məsuliyyətli olduqlarını dərk edir.

Liderlər həmçinin Ebola, iqlim dəyişikliyi və iqtisadiyyat məsələlərini müzakirə edib.
Mənbə
Publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler